Dinamo Kiyev in sabiq üzvü karyerasını Azərbaycanda davam etdirə bilər

08.08.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasında yeni mövsümə iddialı hazırlaşan "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qərb təmsilçisi nigeriyalı hücumameylli yarımmüdafiəçi Olabiran Blesinq Muyivanı (Benito) komandanın düşərgəsinə, baxışa dəvət edib.

Təcrübəli legioner artıq komandanın məşqlərinə qoşularaq fiziki və texniki keyfiyyətlərini nümayiş etdirmək fürsəti əldə edib. Əgər 27 yaşlı futbolçu baş məşqçi Azər Həşimovun ümidlərini doğrultsa və məşqçilər korpusunun rəğbətini qazanarsa, onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Benito karyerası ərzində "Dinamo Kiyev", "Tambov", "Olimpik Daşkənd" kimi müxtəlif xarici klublarda çıxış edərək beynəlxalq təcrübə toplayıb. Qərarın gələn həftə ərzində rəsmiləşəcəyi gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью