Dinamo Kiyev Zirə nin oyunçusu üçün 1.5 milyon avro ödəyəcək

05.07.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Zirə" klubunun futbolçu Salifu Suma üçün Ukrayna təmsilçisi "Dinamo Kiyev"dən alacağı məbləğ müəyyənləşib.

Milli.Az  xəbər verir ki, Kiyev klubu 21 yaşlı hücumçu üçün "qartallar"a 1.5 milyon avro ödəyəcək.

Ukraynalılar qvineyalı forvard üçün hazırda son prosedurları həyata keçirirlər. Son anda hər hansı sürpriz olmasa, Suma bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, futbolçu 2023-cü ilin yayında Fransanın "Havr" komandasından Bakı təmsilçisinə keçib. /Sport24.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью