Dinamo Minsk Şimali İrlandiya təmsilçisini Sumqayıtda qəbul edəcək

12.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Belarusun "Dinamo Minsk" klubu bu gün UEFA Konfrans Liqasının V turu çərçivəsində "Larne" ilə görüşünü Sumqayıt şəhərində yerləşən Mehdi Heseynzadə adına stadionda keçirəcək.

Oxu.Az xəbər verir ki, UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub.

Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda qəbul edirlər.

Qeyd edək ki, saat 21:45-də keçiriləcək görüşə azarkeşlər buraxılmayacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью