Dinamo nun forvardı millimizdə oynaya bilər AFFA onu yığma komandaya cəlb edəcək

13.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

AFFA "Dinamo"nun hücumçusu Yusuf Mehtiyevi milliləşdirmək üçün hərəkətə keçib.

Sportal.az saytına verilən məlumata görə, federasiya rəsmiləri Tbilisi klubunun gənc forvardını əldən qaçırmaq istəmir. Buna görə də, Yusufla danışıqlar aparılacaq.

Mehtiyev Gürcüstanın U-19 yığmasına da dəvət edilib. “Dinamo”nun əsas komandasının üzvü olan Mehtiyev Gürcüstandada dünyaya gəlib.

18 yaşlı hücumçu ötən mövsüm “Dinamo”nun əsas komandasında debüt etmişdi. AFFA növbəti toplanış üçün onun milliyə dəvət edilməsi üçün çalışacaq.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью