Dinamo nun futbolçusu Sabah a gəlir? Danışıqlar aparılır

15.07.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Azərbaycan Kubokunun son qalibi “Sabah” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Masazır təmsilçisinə Rusiyanın “Dinamo” (Moskva) klubunda çıxış edən Daniil Lesovoy təklif olunub.

"Sabah" rəhbərliyi bu keçidin mümkünlüyünü ciddi şəkildə nəzərdən keçirir. 27 yaşlı vingerin hazırkı komandası ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Lesovoyun “Sabah”a keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

Qeyd edək ki, rusiyalı futbolçu daha əvvəl “Arsenal” (Tula), “Makkabi” (Hayfa) və AEL (Limassol) klublarında da forma geyinib.

“Zirə”dən “Kəpəz”ə - RƏSMİ “Araz-Naxçıvan” Super Liqa klubuna uduzub "Real" ispaniyalı üçün 50 milyon ödəyəcək “Milan” Luka Modriçin transferini açıqlayıb "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью