Dinamodan Turan Tovuza ruhdan düşdüyünə görə gəlib

15.01.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Mahaçqala "Dinamo" klubunun prezidenti Hacı Hacıyev klubun yarımmüdafiəçisi Anton Kraçkovskini Azərbaycan təmsilçisi "Turan Tovuz"a icarəyə vermək qərarı barədə danışıb.

QOL.az xəbər verir ki, H.Hacıyev Rusiyanın championat.com saytına açıqlamasında deyib:

H.Hacıyev

"Kraçkovskinin icarəsi ilə bağlı "Turan"la çox tez razılaşdıq. O, Kurban Bekieviçin (hazırda "Turan Tovuz"un baş məşqçis olan Kurban Berdıyev - red.) çalışdırdığı "Kayrat"dan Mahaçqalaya gəlmişdi. Kraçkovski Berdıyevə böyük hörmət bəsləyən futbolçudur. Məşqçi komandamızı tərk edəndə Anton ruhdan düşdü. O, məşqçisinin yanına getmək istəyirdi, biz də mane olmadıq. Əgər insan getmək istəyirsə, onun qarşısına sədd çəkməmək lazımdır".

Qeyd edək ki, 22 yaşlı rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski bugünlərdə icarə əsasında cari mövsümün sonunadək "Turan Tovuz"a keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью