Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Ukraynanın “Dinamo Kiyev” klubunun yarımmüdafiəçisi Roman Salenko Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini bölüşüb.
Futbolpress.az “Ukrayinski futbol” nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu “atlılar”ın gücünə bələd olduğunu bildirib:
“Bilirəm ki, ‘Qarabağ’ ötən mövsüm Çempionlar Liqasında ‘Çelsi’yə qarşı oynayıb və səhv etmirəmsə, onlarla heç-heçə edib. Komanda çox keyfiyyətli futbol nümayiş etdirir. Güclü və çətin rəqibdir, lakin biz bu mərhələni keçməliyik”.