“Dinamo”nun futbolçusu: “Özümü günahkar hiss edirəm”

14.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiyev “Dinamo”sunun futbolçusu Volodomir Brajko Konfrans Liqasında “Qarabağ”a məğlubiyyətdən sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 0:2 hesabıyla bitən matçı belə şərh edib:

“Mənfi emosiyalar var. Təəssüf ki, Avropaya erkən vida etdik. Çox çətin oyun oldu. Birinci hissədə pis çıxış etdik və qol buraxdıq.

Görüşün ilk 30 dəqiqəsində toparlana bilmədik. Fasilədən sonra oyunumuzu bir az dəyişdirə bilsək də, alınmadı. Yaxşı qol fürsətim var idi, dəyərləndirsəydim, fərqli olardı. Özümü günahkar hiss edirəm, azarkeşlərdən üzr istəyirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью