“Dinamo”nun qapıçısı: “Qarabağ” Rusiyada liderlərdən olardı” İdman və Biz

05.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Rusiya Premyer Liqasında liderlər sırasında olardı”.

İdman.biz xəbər verir ki, bunu Rusiya millisinin və Moskva “Dinamo”sunun qapıçısı Andrey Lunyov deyib.

Təcrübəli qolkiper “Sport-Ekspress” nəşrinə açıqlamasında ötən mövsüm şərəfini qoruduğu “Qarabağ”ın Rusiya çempionatında oynamaq gücündə olduğunu bildirib: “Buna heç bir şübhə yoxdur. “Qarabağ” ən yüksək yerlər uğrunda mübarizə aparardı. Yüz faiz ilk “altılıq”da yer alardı”.

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında “Bayer”dən keçdiyi “Qarabağ”ı 2023/24 mövsümünün sonunda tərk edib. O, Azərbaycan çempionu və kubokun qalibi olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью