Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, Olabiran Blessinq Muyiva “sarı-göylər”in formasını geyinəcək. 27 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
“Benito” ləqəbli futbolçunun son klubu Kipr “Akritas”ı olub.
27 yaşlı futbolçu karyerası ərzində Rusiyada “Tambov”, Ukraynada “Dinamo” (Kiyev), “Olimpik”, “Zarya”, Xorvatiyada “Qoritsa” klublarında forma geyinib.