Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa təmsilçisi albaniyalı Endri Çekiçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb.
29 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Dinamo” (Zaqreb), “Olimpiya” (Lyublyana), “Ankaragücü”, “Konyaspor”, “Pendikspor”, “Adanaspor” kimi klublarda çıxış edib. O, son olaraq İraqın “Zakho” komandasının şərəfini qoruyub.
Çekiçi Albaniya millisində 11 oyunda meydana çıxıb və 1 qol vurub.