“Dinamo”nun yarımmüdafiəçisi “Turan Tovuz”un transfer HƏDƏFİNDƏ

22.01.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Turan Tovuz" transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi “Dinamo”nun (Maxaçqala) futbolçusu Şamil Hacıyevi baxışa çağırıb.
20 yaşlı yarımmüdafiəçi Kurban Berdiyevin etimadını qazanmağa çalışacaq.
Qeyd edək ki, Hacıyev bu mövsüm Rusiya kubokunda 8 matça çıxıb və 1 məhsuldar ötürmə edib. O, Rusiya Premyer Liqasında isə 6 görüşdə meydana çıxıb. “Smena”nın (Moskva) yetirməsi olan Şamil “Krasnodar”ın aşağı yaş qruplarından ibarət komandalarında da oynayıb. Hacıyev "Dinamo”nun (Maxaçkala) fəxri prezidenti olan Hacı Hacıyevin oğludur.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью