“Dinamo”nun yetirməsi “İnter”də

22.01.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnter” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “neradzurra” Zaqreb “Dinamo”sundan Leon Yakiroviçlə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 18 yaşlı müdafiəçi bu gün tibbi müayinədən keçəcək.

Yakiroviç bu mövsüm “Dinamo”nun əsas komandasında rəsmi oyuna çıxmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью