Dincəlmək istəyir, o da, azacıq...

07.07.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanların həyətə atdığı divan, onun üçün ən komfortlu yataqdır. Bəlkə də biz tam anlamadığımız üçün onları yırtıcı hesab edirik. Bəlkə də onlar bizdən gözlədiklərini almadığına görə aqressivləşirlər.

Küçə həyatı amansızdır və bütün canlılar üçün bu, keşərlidir.

Bu həyatı o seçməyib, amma it həyatı yaşamaq üçün yaradılıb, bun yaşamağa məhkumdur. Rahat yerdə yatmaq isə bəlkə də insanın münaqişə, gərginlik və stressdən kənar bir yer axtarışı qədər, o köpəyin xəyalıdır. Qaranlıq zirzəmilərdə, toz-torpaq, soyuqda və yağışda dolaşdığı küçələrdə, qarşılaşdığı insanların ona necə yanaşacağını bilmədiyi üçün qorxu içində sürdürdüyü həyatdan kənarda rahat bir an yaşamaq xəyalı. O da dinclik, rahatlıq istəmirmi? İstəməsəydi bu divanda yatmazdı ki...

Bütün canlılar əlverişli olanı, rahatlığı, dincliyi və sakitliyi istəyərkən, nədən insanlar bunun əksini — münaqişələri, müharibələri və biri-birinə qəsd etməyi seçirlər? Bunun üçün zaman və ağılalmaz dərəcədə böyük pullar xərcləyirlər.

Bu köpək üçün bütün sərhəd onun rahatlıq tapdığı bu nimdaş divandan ibarətdir. Təbii ki, oyananda yem axtaracaq. Hələ ki, rahat yatağı var, dincəlir. Onun dincəlmək kimi xisləti də var...

Qadir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью