Dincəlməyə gedən 2 kişini gün vurub

13.07.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Mingəçevir su anbarında dincəlməyə gedən Şəmkir sakinlərini gün vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə günün ikinci yarısı baş verib.

2 nəfər Şəmkir rayon sakini özünü pis hiss etdiyindən təcili tibbi yardıma çağırış olunub. Hər iki şəxs Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 13.07.2025-ci il tarixində saat 18:00 radələrində 2 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara günvurma diaqnozu təyin edilib, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir. Vəziyyətləri stabildir.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью