Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla Gəncədəki Cümə məscidinin təmir-bərpa işləri üçün layihə-smeta sənədlərinin hazırlanması və işlərin həyata keçirilməsi məqsədilə vəsait ayrılması şəhər sakinləri və bölgə dindarları tərəfindən böyük məmnunluqla qarşılanıb.
Reyting.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi, “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov dövlət başçısına müraciətində bildirib.
Din xadiminin İlham Əliyevə ünvanladığı müraciətdə qeyd olunur ki, müqəddəs Ramazan ayında Gəncə Şah Abbas məscidinin təmir-bərpa işlərinə vəsait ayrılması şəhər sakinlərində böyük məmnunluq hissi yaradıb.
Hacı Tahir Abbasov
Hacı Tahir Abbasov dindarlar adından yazdığı təşəkkür məktubunda xatırladıb ki, vaxtilə dövlət başçısı Gəncə “İmamzadə” ziyarətgahını da əsaslı şəkildə təmir və bərpa etdirərək insanların istifadəsinə verib.
Bütün bunlara görə Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə təşəkkür edən din xadiminin müraciəti bu sözlərlə yekunlaşır:
“Cənab Prezident, Siz illər öncə "İmamzadə" ziyarətgahını əsaslı şəkildə təmir etdirdiniz. Şükürlər olsun ki, bunun ardınca bu müqəddəs işi işğaldan azad edilmiş Qarabağda da davam etdirmək Sizə qismət oldu. Bu müqəddəs ayda xeyirxah əməllərinizə görə Sizə dualar edir, sonsuz təşəkkürümüzü bildiririk!”
V. QULİYEV