Dindarlar Mehriban Əliyevaya müraciət ünvanlayıblar

26.08.2025

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə həm xarici ölkə rəhbərləri, həm Azərbaycan ictimaiyyəti tərəfindən çoxsaylı təbrik məktubları göndərilir.
Reyting.az
xəbər verir ki, M. Əliyevanı təbrik edənlər arasında din adamları da çoxluq təşkil edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov bölgə dindarları adından yazdığı təbrik məktubunda Mehriban Əliyevanın Azərbaycan prezidentinin çox layiqli silahdaşı, Vətən müharibəsinin - Azərbaycanın haqq savaşının qadın qəhrəmanı olduğunu bildirib.
“Siz həm də uşaqlarımıza nümunəvi ana, köməksiz insanlarımıza həm böyük bacı, həm də inam yerisiniz. Eyni zamanda bir peyğəmbər soyuna məxsussunuz”,- cümlələrinin yer aldığı təbrik məktubunda Mehriban xanımın Azərbaycanın mədəni, humanitar və sosial inkişafında da böyük xidmətləri vurğulanır.

Birinci vitse-prezidentə doğum günü münasibətilə səmimi təbriklərini çatdıran Hacı Tahir Abbasov daha sonra yazıb:
“Siz vaxtilə Gəncə İmamzadə ziyarətgahını ziyarət etdiniz. Orada uyuyan müqəddəslər həm də Sizin nəslinizin nümayəndələridir. Bu səbəbdən arzu edirəm ki, müqəddəs ziyarətgaha bir daha təşrif buyurasınız və Sizə quran hədiyyələrimizi çatdıra bilək”.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью