“Dində “yenilik etmək” istəyənlərin sayında artım var” | Icma.az
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Təəssüflə qeyd etmək lazımdır ki, məqsədli şəkildə ənənəvi dini dəyərlərin gözdən salınmasına, dində “yenilik etmək” istəyənlərin sayında ciddi artım müşahidə olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında bildirib.
Millət vəkili qeyd edib ki, dini durumla bağlı dinləmənin keçirilməsinə ehtiyac var: “Son zamanlarda ölkədə qeyri-ənənəvi dini təriqət üzvlərinin sayının artması və eləcə də dini coğrafiyanın dəyişməsi ciddi narahatlıq doğurur.
Bu bizə gələcəkdə ciddi problem yaradacaq. Çünki bizdə ənənəvi dindarlıq var, amma bu gün başqa bir proses gedir.
Bu gün mövhumat və xurafatla guya mübarizə aparmaq adı altında ənənəvi dini dəyərlərə qarşı hücumların edilməsi gələcəkdə bizə ciddi problem yaradacaq.
Çünki Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu ənənələri qorumaq lazımdır.
Əgər həqiqətən də söhbət mövhumat və xurafatdan gedirsə, mən bununla razıyam.
Tam oxu
Xəbəri oxu