DİNdən bu şəxslərə XƏBƏRDARLIQ: Qəti tədbirlər görülür

24.12.2024

Icma.az bildirir, Avtosfer portalına istinadən.

“TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir. Polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür. 

Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib. 

"Bu əməli törədən şəxslərdən bir nəfər Bərdə rayonunda həbs edilib. Diqqətə çatdırırıq ki, izləyici toplamaq üçün istifadə olunan hərəkətlər insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir, vətəndaşları belə əməllərdən çəkinməyə çağırırıq", - deyə E.Hacıyev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью