DİNdən vətəndaşlara çağırış: Bu platformalarda diqqətli olun!

25.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları rəqəmsal platformalarda yayımlanan tanıtım reklamlarına qarşı diqqətli olmağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat DİN-in sosial şəbəkədə rəsmi hesabında paylaşılıb.

"Məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edərək yaradılmış sosial media hesablarında paylaşılan kontentlərə qarşı diqqətli olun! Yönləndirilən internet saytların veb ünvanlarını yoxlayın, doğruluğundan əmin olun! Yönləndirilən keçidlərdə fayl və proqram yükləmə seçimlərinə qarşı diqqətli olun!", - DİN qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью