Dinə və mənəviyyata zidd yas mərasimləri KÜNCDƏN BAXIŞ | Icma.az
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elçin Bayramlı Çox təəssüf ki, bu gün yas məclisləri ilə bağlı vəziyyət acınacaqlıdır, hətta bir biabırçılığa çevrilib.
Bu biabırçılığa qarşı ölkədə ilk mübarizə aparanlardan biri də mən olmuşam- artıq 25 ildən çoxdur ki, mətbuatda, televiziyada, müxtəlif tədbir və layihələrdə bu mövzu ilə bağlı çıxışlar edir, təkliflər irəli sürürük, cəmiyyəti bu biabırçılığa son qoymağa çağırırıq, lakin hələ ki bir-iki hal istisna olmaqla bu barədə dəyişiklik yox idi.
Son günlərdə müxtəlif rayonlarda sadə ehsan məclislərinin tətbiqi ilə bağlı xəbərlər sevindiricidir.
Çünki hazırki yas mərasimləri nə dini, nə də sosial baxımdan doğru deyil. Əslində, bu mərasimlərə “ehsan” deyilir, amma ortada ehsan yoxdur.
Ehsan adından da məlum olduğu kimi, pulsuz, təmənnasız şəkildə edilən, səmimi niyyətlə təqdim olunan bir xeyir işdir.
Bu gün isə yas mərasimləri restoran xidmətinə çevrilib: insanlara yemək-içmək verilir, daha sonra isə pul yazılır, vəsait toplanır.
Bu, ehsan anlayışına tamamilə ziddir. Nə İslam dinində, nə də başqa ölkələrdə bu cür adətə rast gəlinmir.
Tam oxu
Xəbəri oxu