Ding Tao: Çin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir AZƏRTAC

24.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 yanvar, AZƏRTAC

Son illər Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər tarixin ən yüksək səviyyəsinə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao Bakıda keçirilən “Çin İli-Birlikdə” Yeni il tədbirində çıxışında deyib.

“Yeni ildə Çin tərəfi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək, mədəniyyətlərarası mübadiləni gücləndirmək, insanlığın ortaq taleyi ideyasını təbliğ etmək və Çin-Azərbaycan strateji tərəfdaşlığına yeni töhfələr vermək istəyir”, - deyə diplomat əlavə edib.

2025-ci ilin Çin təqviminə görə “İlan ili” olduğunu diqqətə çatdıran Ding Tao deyib ki, bir çox xalqların mədəniyyətində ilan sağlamlıq və müdriklik rəmzi kimi qəbul edilir: “İnanıram ki, “İlan ili” bizə daha çox imkanlar və ümidlər gətirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью