Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanda bir məbəddə keçirilən dini bayram, iki filin atəşfəşanlıqdan qorxması nəticəsində sanki döyüş meydanına çevrilib. Nəticədə üç nəfər həyatını itirib, çoxlu yaralı var.
Reyting.az bildirir ki, Koyilandının Kuruvangad şəhərindəki Manakulanqara məbədində baş verən hadisə 2 qadın və 1 kişinin ölümünə səbəb olub.
Qorxmuş fillərin yaratdığı xaos nəticəsində 36 nəfər yaralanıb.
Hadisəni əks etdirən video-görüntüdən aydın olur ki, bir filin digərini itələmək üçün dişlərindən istifadə etməsi, festival üçün tikilmiş müvəqqəti ofis strukturunu dağıdır.
Video: My Webpage
V. QULİYEV