Axar.az saytına istinadən Icma.az xəbər verir.
Braziliyanın Sao Jose de Tapera qəsəbəsində avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 44 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Bildirlib ki, avtobus Ceara ştatında keçirilən “Kandelaria Məryəm Ana” adlı dini bayrama qatılan şəxsləri daşıyırmış.
Qeyd edək ki, hadisə səbəbindən Alagoas əyalətində 3 günlük rəsmi matəm elan edilib.