Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb.
"Operativ Media" xəbər verir ki, sammitdə dini liderlər "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda və iqlim dəyişikliyinin yaratdığı problemlər haqqında çıxışlar ediblər.
Yekun nitqində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə iqlim problemləri ilə bağlı müzakirələr və təkliflərə görə sammit iştirakçılarına təşəkkür edib.
O qeyd edib ki, dini liderlərin Bakıda toplanmağının məqsədi siyasətçilərin də diqqətini iqlim problemlərinə cəlb etməkdir: "COP29-un Azərbaycanda keçirilməsi qürurverici və çox əhəmiyyətlidir.
Qlobal sammit öz sözünü deyəcək". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə vurğulayıb ki, COP29 kimi mötəbər tədb
Birinci mesaj dünya liderlərinə yönəlib. Onların iqlim problemləri ilə bağlı fəaliyyətdə düzgün idarəçiliyinə diqqət çəkilib.
İkinci mesaj isə bütün insanlara yönəlmiş ismarışdır. Hər kəsin fərdi şəkildə iqlim dəyişikliyi ilə mübarizəyə qoşulması önəmli hesab edildi