Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb

06.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakıda Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda davam etdirilən sessiyada iqlim dəyişiklikləri ilə bağlı fikirlər dinləniləcək.

Qeyd edək ki, COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti 2024-cü il noyabrın 5-6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilir.

"Dünya dinləri yaşıl planet naminə" şüarı altında keçirilən Sammit Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, BMT Ətraf Mühit Proqramı (UNEP) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə dünyanın 300-ə yaxın tanınmış dini liderləri, xarici dövlətlərin nümayəndələri, BMT-nin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri, elm və din xadimləri iştirak edirlər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью