Dini mərasimə gedənlər faciə ilə üzləşdi 13 ölü, 43 yaralı...

07.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Meksikada dini mərasim zamanı baş verən partlayış faciəyə səbəb olub. İnsanların bayram üçün toplandığı ərazi bir anda tüstü və dağıntılar içində qalıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə ölkənin mərkəzində yerləşən Temascalcingo bələdiyyəsinin Santa María Canchesdá yaşayış məntəqəsində baş verib.

Məlumata görə, dini festival keçirilən ərazidə kilsənin anbar kimi istifadə etdiyi hissədə pirotexniki vasitələr saxlanılıb. Həmin materialların partlaması nəticəsində güclü partlayış baş verib. pizza sifarişi

Hadisə nəticəsində ilkin məlumata əsasən, 13 nəfər həyatını itirib, 43 nəfər yaralanıb. Yaralananlar arasında iki keşişin də olduğu bildirilir.

Partlayışın gücündən ərazidəki divarlardan biri uçub. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma başladılıb.

Əsmətxanım Rzazadə 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью