Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Son illər ailə qurmaq anlayışı cəmiyyətdə yeni çalarlar qazanmağa başlayıb. Rəsmi nikahın uzun illər dəyişməz norma kimi qəbul edildiyi bir mühitdə, indi getdikcə daha çox insan bu ənənədən kənara çıxmağa üstünlük verir. Xüsusilə dini nikahların artması ailə münasibətlərinə yanaşmada dəyişən düşüncə tərzindən xəbər verir. Sosial, iqtisadi və psixoloji amillər bu seçimin əsas səbəbləri kimi önə çıxır. Statistikadan kənarda qalan bu münasibət forması isə cəmiyyət üçün görünməyən, amma təsiri getdikcə artan bir reallığa çevrilir.
Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.
O bildirib ki, uzun illərdir nikah deyilən bir mədəniyyətimiz var:
“1500 ildir İslam tarixində möhtəşəm mədəniyyət, ailə qalasına gedən yolların ən önəmli qapısına çevrilib. Həmin yerdə həm də göydə böyük bir məsuliyyəti var nikahın. Yəni İslami nikah dediyimiz zaman bu sıradan, bəsit bir addım da deyil. Əslində əsrlərdən bəri baba və nənələrimizin və keçmişimizin varlığı içərisində həmişə nikahın özəl bir yeri olduğunu onlar qeyd eləyiblər və ailələri də məhz bu nikaha görə qurublar. Son illərdə demək olar ki, dövlət nikahı, eyni zamanda dini nikah olaraq iki biz nikahı həyatımızda gördük. Təbii ki, dövlət nikahı odur ki, ailə dövlətdə qeydiyyata alınır, məlum prosedurlar davam eləyir, sabah mülkdən tutmuş digər hüquqi haqlara qədər hamısı dövlət nikahı ilə tənzimlənir. Amma dini nikahın bu sahədə çox da zahiri bir hüquqi gücü yoxdur. Və beləcə bu bir müddət bu şəkildə qaldı, amma son vaxtlarda belə bir əlavə müddəa da var. Ondan ibarətdir ki, din xadimlərinə xüsusi tapşırıq verilibdir ki, bunlar nikah masasına gedərkən mütləq dövlət nikahını tələb eləsinlər”.
O deyib ki, əgər dövlət nikahı olubsa, bundan sonra da dini nikah olur və imzalar atılır:
“Bizim dünyəvi və dini qanunlarımızın birgə işləməsinə ehtiyac var. Nikah masası sıradan bir masa deyil. Orada xanım öz böyüklərinin qarşısında, bir məclis qarşısında söz verir. Söz verir ki, yəni ailənin o mənəvi dəyərlərini qoruyub saxlayacaq. Eyni sözü bəy də orada verir, yəni o da deyir ki, “Allahım, Sən şahid ol ki, mən bu müqəddəs yükü qiyamət gününə qədər qoruyub saxlayacam, Sənin mələklərin də şahid olsun, məclis də şahid olsun”. Yəni bir əhdləşmə var. Və bəy həyatının ən müqəddəs imzasını o nikah masasında çəkir. Böyüyünə, kiçiyinə, Rəbbə, mələklərə, görünən və görünməyən məxluqlara söz verir. Dini nikahın o mənəvi məsuliyyətini bir az da daha qabarıq şəkilə gətirsək, dağılmağa gedən ailələrimizdə öncədən bu dərin bir məsuliyyət olmuş olar. Hər boşanan ailə bizim üçün bir böyük bir yaraya, bir fəlakətə çevrilir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.