“Dini obrazın əsgəriyəm” deyənlər bundan sonra belə söyləyəcəklər

13.10.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Hikmət Babaoğlu parlamentfə Qırğızıstanda imzalanan sənədlərin müzakirəsi zamanı deyib.

O əmin olduğunu bildirib ki, bu sənəddən sonraki mərhələdə iki ölkə arasında əlaqələr strateji müttəfiqliyə qədər yüksəlməsinə hüquqi zəmin yaradacaqdır:  “Sənəddə iki mühüm məsələ qeyd olunur, onlardan biri Qırğızıstanın və Azərbaycanın bir yer almaq öhdəliyidir. Bu çox mühüm bir məsələdir. İkinci məsələ ondan ibarətdir ki, dövlət başçılarının rəhbərliyi ilə dövlətlərarası şura yaradılır. Bax bu da iqtisadi güc kontekstində mühüm məsələdir".

H.Babaoğlu həmçinin qeyd edib ki, gücün mədəni komponentləri də var:  “Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında ideoloji təxribatlara qarşı mübarizədən, ideoloji gücümüzün artırılmasından da danışdı. Dünən biz Heydər Əliyev Mərkəzində “44” filminin premyerasında iştirak etdik. Bu epik süjet, əslində tarixi zəfərimizin mənəvi gücə çevrilməsi hadisəsi, qələbəmizin mədəni təqdimatı idi. Eyni zamanda güc anlayışının yeniden təqdimatıdır. 

​Ona görə də bu filmə hamı baxmalıdır. Həmin ekran əsərinə baxdıqdan sonra “mən hansısa dini, mistik obrazın əsgəriyəm” deyənlər “mən Müzəffər Ali Baş Komandanın əsgəriyəm” söyləyəcəklər”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью