Dini qanunvericliyə hansı dəyişikliklər gözlənilir? Komitə sədri açıqladı | Icma.az
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin iclasında bir sıra qanunvericilik aktlarında əlavə və dəyişikliklər edilməsi ilə bağlı fikirlər səsləndiriib.
Söhbət yeni qanunun qəbulundan getmir. Dini etiqad azadlığı haqqında qanun kifayət qədər yetkindir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
“Qanunvericilik dinamik prosesdir. Cəmiyyət həyatında münasibətlərin necə inkişaf etməsinə adekvat olaraq dəyişir.
Ona görə də, dini qurumlar və dini fəaliyyət sahəsində müəyyən məsələlərin ortaya çıxması qanunvericilikdə də dəyişiklikləri zəruri edir”, - deyə o qeyd edib.
Komitə sədri bildirib ki, hazırda bu məsələ ətrafında müzakirələr aparılır: “Hansı istiqamətdə müəyyən dəyişikliklər nəzərdə tutulacaqsa, bu sahəyə məsul olan dövlət qurumu (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) və dini icmalarla geniş müzakirələrdən sonra məsələyə baxmaq mümkün olacaq.
Hazırda isə bu, təkliflər formasındadır. Müzakirələrdən sonra təkliflərin əlavə və düzəlişlər formasında qanun layihəsi kimi təqdim edilməsi
Tam oxu
Xəbəri oxu