Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Müasir dövrdə tez-tez səslənən iddialardan biri də gənclərin dinə marağının azaldığı ilə bağlıdır.
Lakin bu məsələyə dair Azərbaycanda aparılmış hər hansı rəsmi və elmi statistika yoxdur.
Bu səbəbdən bu iddialar daha çox sosial şəbəkələrdəki müşahidələrə və fərdi təəssüratlara əsaslanır.
Sosial mediada yayılan ateist meyilli fikirlər, bəzən reallığı əks etdirmir və ya yönlü təbliğat xarakteri daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
O bildirib ki, əgər bu iddialarda müəyyən həqiqət payı varsa belə, əsas səbəblərdən biri dini tədbirlərin və maarifləndirmənin peşəkar olmayan şəxslərin əlində olmasıdır: “Əksər ölkələrdə dinin təbliği rəsmi şəkildə ruhani şəxslər tərəfindən aparılır.
Lakin bəzi hallarda dini tədbirlərin radikalizm, ekstremizm və xürafatla eyniləşdirilməsi cəmiyyətdə, xüsusilə gənclər arasında inamsızlıq yaradır.