Dini təhlükəsizliyə spesifik yanaşmalıyıq Komitə sədri

20.11.2024

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dini siyasətdə düşmənin ideologiyasına qarşı apardığımız mübarizəni ayrıca hissə kimi götürüb ayrıca maliyyə ayırmalıyıq.

Modern.az xəbər verir ki, bunu İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

“8,3 milyard manat müdafiə təhlükəsizlik xərclərinə ayrılır. Qayıdış üçün ayrılan 4 milyard və digər xərclər də müdafiə xərcidir. Üçüncü müdafiə xəttini dini nöqteyi-nəzərdən baxıram. Dini təhlükəsizliyə spesifik yanaşmanın tərəfdarıyam. Dini siyasətdə düşmənin ideologiyasına qarşı apardığımız mübarizəni ayrıca hissə kimi götürüb, ayrıca maliyyə ayırmalıyıq”.   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью