Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanın Şivamogqa şəhərində dini yürüşdə iştirak edən Somanna adlı fil qəfil aqressiv davranmağa başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “The Independent” qəzetinin məlumatına görə, hadisə videoya çəkilib.
Hadisə hindu ilahəsi Çamundeşvarinin Mahişasura cininə qarşı qələbəsinin qeyd olunduğu Daşara festivalı zamanı baş verib. Mərasimdə filin belinə qızıl və gümüşdən hazırlanmış, təxminən 650 kiloqram ağırlığında palankin qoyulub.
Əvvəlcə sakit hərəkət edən fil qəfil marşrutdan kənara çıxıb. Qarışıqlıq zamanı belindəki ağır palankini yerə salan Somanna iki avtomobilə və üç motosikletə zərər vurub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Filə nəzarət edən mahutlar heyvanın qəfil davranışının səbəbini müəyyən edə bilməyiblər. Onların sözlərinə görə, Somanna 10 günlük məşqlər zamanı problemsiz davranıb.
Murad İsmayıl