DİNin əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı | Icma.az

21.12.2024

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, o, Gürcüstanın Qardabani şəhərində keçirilmiş yarışda kikboksinqin K1 versiyası üzrə ikinci yeri tutaraq, gümüş medal qazanıb. Polis əməkdaşı əldə etdiyi nəticəni Vətən uğrunda canından keçən şəhidlərə həsr edib.

Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, İran, Bolqarıstan və Rumıniya idmançıları da mübarizə aparıblar.

Qeyd edək ki, Ümid Bağırovun baş məşqçisi Əməkdar idman ustası Elçin Hüseynovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью