Dinin məktəbdə nə işi var?

26.09.2026

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

"Türkiyə ilə Azərbaycan cəmiyyətlərinin görüşləri çox fərqlidir. Türkiyədə  din məsələsi rəqabətdən doğan daxili - siyasi abu-havanın nəticəsindədir". 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.

"Azərbaycanda isə dinə münasibət milli və dini, hətta bəzi hallarda digər məsələlərdən daha həlledici nöqtədə dayanan milli təhlükəsizlik məsələsidir. Çoxu müəyyən qədər dini təəssübkeşliyi önə çəkir. Amma regional təhlükə reallığında məsələn, İran haqda bircə kəlmə belə olsa, söz etmirlər. Bu cür qapalı pərdədən yazıb, dövləti (hökuməti yox) hədəf taxtasına qoymaq olmaz. Din adı altında İran da maskalanır, məqsədi fərqli olan da. Ay qoymayın, din əldən getdi, filan oldu deyənlərin heç birinin məqsədi din deyil, həmin qurupun böyük bir hissəsi din adı altında xarici xüsusi xidmət orqanlarına ayı xidməti göstərənlərdir. Ölkədə daha ciddi problemlər varkən, durub- oturub İranın belə imtina həddinə gəldiyi məsələdən yapışmaq mənasızdır. Din dindir, məktəb məktəb. Dinin məktəbdə nə işi var? Sovet dövründə isə AzəRBAYCANcan xalqının mənəvi təfəkkürü bugünkündən min dəfə milli və yüksək idi. Təhsili də", - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью