Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanlı futbolçu Coşqun Diniyevin çıxış etdiyi "Çorum" Türkiyə 1-ci Liqasında növbəti dəfə xal itirib.
İdman.biz xəbər verir ki, onun komandası "Ərzurumspor"un qonağı olub. Diniyevin 90 dəqiqə meydadan olduğu oyun 1:1 hesabı ilə yekunlaşıb.
Hər iki qol fasilədən sonra vurulub. Hesabı meydan sahibləri açsalar da, qonaqlar bir xal qazanmağı bacarıblar.
Coşqunun komandası ardıcıl üçüncü dəfə meydandan 1 xalla ayrılıb. Bu nəticədən sonra "Çorum" 9-cu pilləyə geriləyib.
Qeyd edək ki, çorumlular növbəti turda "Manisa" ilə qarşılaşacaqlar. Matç aprelin 13-də keçiriləcək.
İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.