Diniyev birinci hissədə oynayıb, komandası qələbə qazanıb

16.03.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Çorum" Türkiyə 1-ci liqasının növbəti turunda üç xal qazanıb.

İdman.biz xəbər verir ki, komanda evdə iki dəfə hesabda geri düşməyinə və 75-ci dəqiqədən azlıqda qalmağına baxmayaraq, "Keçiörengücü"nə qalib gəlib - 3:2.

Start heyətində meydana çıxan Diniyev fəallığı ilə seçilmədiyindən fasilədə əvəzlənib.

Qeyd edək ki, "Çorum" 30 turdan sonra 45 xalla 7-ci pilləyə yüksəlib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью