Diniyev əvvəl qol ötürməsi etdi, sonra qırmızı aldı Video

08.12.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" bu turda "İğdır"la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

Oyuna start heyətində çıxan Coşqun Diniyev 6-cı dəqiqədə  komandasının yeganə qolunun ötürməsini  edib. 84-cü dəqiqədə isə Diniyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, "Bandırmaspor" 31 xalla ikinci pillədədir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью