Diniyev oynadı, komandası heç heçə etdi

23.02.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Coşqun Diniyevin çıxış etdiyi "Çorum" Türkiyə I Liqasının 26-cı turunda xal itirib.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası öz meydanında "Adanaspor"la qarşılaşıb.

Qonaqlar oyunda hesabı açsalar da, ikinci hissədə meydan sahibləri bərabərlik qolunu vurublar. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu görüşdə Diniyev son dəqiqədə meydana daxil olub.

Vacib iki xal itirən "Çorum" 39 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Coşqunun komandası növbəti turda səfərdə "Iğdır"ın qonağı olacaq.

Konfrans Liqasında 1/8 finalın püşkü atılıb - YENİLƏNİB Mourinyo "Qalatasaray" derbisi barədə: "Dönərimi yeyib serialıma baxacam" Muslera "Qalatasaray" karyerasında bir ilk yaşayıb "Çelsi" 3 futbolçu ilə maraqlanır Əcnəbi hakimlərin idarə etdiyi "Qalatasaray" - "Fənərbaxça" matçları - Statistika
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью