Diniyev: “Qarabağ” belə oyunla uğur qazana bilər”

26.11.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” Çempionlar Liqasının V turunda “Napoli”yə uduzub – 0:2.

Millinin sabiq baş məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Ümumi götürsək, “Napoli” hər cəhətdən güclü oynadı. İlk dəqiqələrdən üstünlüyü ələ aldı, ikinci hissədə tempi qaldıraraq qollar vurdu. “Qarabağ” rəqibdən çəkinmədi, hücumlar etməyə çalışdı, amma “Napoli” müdafiəsi çox inamlı və kompakt çıxış etdi, ağıllı oynadı. Matçdan danışanda Mateuş Koxalskidən də söz açmasaq, düz olmaz. Çox super oyun keçirdi”.

Mütəxəssis komandanın pley-off şanslarını dəyərləndirdi:

“Qarşıda vacib oyunlar var. “Ayaks”la görüşün əhəmiyyəti böyükdür. “Qarabağ” belə oyunla uğur qazana bilər. Şanslar davam edir. Əvvəlcə “Ayaks”, daha sonra “Ayntraxt”la oyun çox vacibdir. Liqada elə vəziyyət yaranıb ki, 10 xalla da növbəti mərhələyə çıxmaq olar”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью