futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Araz-Naxçıvan”dan ayrılan Coşqun Diniyevə təkliflər var.
Futbolpress.az-ın məlumatına görə, Misli Premyer Liqası təmsilçisi “Zirə” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Rəşad Sadıqov 2021-2023-cü illərdə komandada top qovan futbolçunu yenidən sərəncamında görmək istəyir.
Diniyevə Türkiyə I Liqasından da maraq var, lakin hələlik rəsmi müraciət yoxdur.
Coşqun başa çatan mövsümdə “Araz-Naxçıvan”la 25 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Şahin Cəfərov