Diniyevin avrokubok şərhi: “Sabah” ilk dəfə…”

21.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah” və “Qarabağ” bu həftə avrokuboklarda növbəti oyunlarına çıxdılar. “Sabah” Çempionlar Liqasında “Hapoel”ə (Beer-Şeva, İsrail) uduzdu (1:2), “Qarabağ” isə Niderlandda “Tvente”yə qalib gəldi (1:0).

Millinin sabiq məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Hapoel” ağıllı futbol oynadı. Bütün mövqelərdə inamlı idilər. “Sabah” bu mövsüm ilk dəfə bir rəqibindən geri qaldı. Cavab görüşü çətin olacaq. Qələbənin açarı “Hapoel”in yarımmüdafiə xəttini bağlamaq, onları topsuz qoymaqdır. İlk göstərdi ki, israillilər “Sabah”ı yaxşı təhlil edib. Cavab görüşündə nələrisə fərqli etmək lazımdır. Məncə, şanslar bərabərdir”.

Mütəxəssis “Qarabağ”ın “Tvente” ilə matçına toxundu:

“Çətin qələbə oldu. “Qarabağ” sona qədər mübarizə apardı, müdafiədə etibarlı oynadı. “Tvente” ikinci hissədə təzyiqi artırsa da, təmsilçimiz səbirli oldu və təmkinlə gözlədi. Sadəcə “Qarabağ”da hücumda çatışmazlıqlar var. Sanki oyunçular arasında əlaqə istənilən səviyyədə deyil. Yeni transferlər hələ uyğunlaşa bilməyib, bir-birilərini tam anlamırlar.

Cavab oyunu Bakıda olacaq. “Qarabağ”ın əsas mərhələyə yüksəlmək şansı daha çoxdur. Ancaq “Tvente”ni də nəzərə almaq lazımdır. İlk oyundakı qələbə təmsilçimizə üstünlük yaradıb, amma diqqəti əldən vermək olmaz”.

“Sabah”ın cavab oyunu avqustun 25-də, “Qarabağ”ınkı  isə 27-də keçiriləcək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью