Diniyevin komandası azlıqda məğlub oldu

15.02.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 25-ci tur çərçivəsində səfərdə "Koçaelispor"la qarşılaşıb. 

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Coşqun da bu görüşün iştirakçısı olub. O, bu matçda 83-cü dəqiqədə Tunşan Ergülü əvəzləyərək meydana daxil olub. 

Qeyd edək ki, "Çorum" turnir cədvəlində 38 xalla 5-ci yerdədir. "Koçaelispor" isə 54 xalla liderdir.  

15 fevral

"Koçaelispor" - "Çorum" - 2:0 
Qollar:
Çaqlayan, 2, Vokiviç, 72
Qırmızı vərəqə: Yazqan, 56 ("Çorum")

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью