Diniyevin komandası darmadağın oldu

01.02.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Bandırmaspor" 22-ci tur çərçivəsində səfərdə "Çorum"un qonağı olub. 

Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi yekunlaşıb. 

Görüşə start heyətdə başlayan Coşqun sona qədər meydanda olub.

Ardıcıl üçüncü matçında uduzan "Bandırmaspor" turnir cədvəlində mövqeyini bir qədər də pisləşdirib. Coşqunun komandası hazırda 34 xalla 5-ci pillədə qərarlaşıb. “Çorum” isə xallarının sayını 35-ə çatdırmaqla 4-cü yerə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью