futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Yığma Avstriya toplanışı çərçivəsində San Marino ilə üz-üzə gələcək.
Milli hazırlıqdakı ilk sınağında Maltaya uduzub – 0:2.
Yığmanın keçmiş baş məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında Avstriya toplanışı haqda fikirlərini bölüşdü:
“Maltaya məğlubiyyət üzücü oldu. Amma adı üstündə, yoldaşlıq görüşləridir. Belə matçlar milli komandaların oyun üslubunu qurmaq, oyunçularını görmək üçün yaxşıdır. Düzdür, qələbələr olanda, daha yaxşıdır. Amma ümumiyyətlə yoldaşlıq görüşlərində nəticə yox, oyun üslubunun tapılması vacibdir”.
Mütəxəssis millinin bugünkü rəqibi San Marinodan danışmağa ehtiyac duymadı:
“San Marino haqqında çox danışmaq lazım deyil. Reytinqdə son sıradadırlar. İnanıram ki, milli komanda qələbə qazanacaq”.
Azərbaycan – San Marino oyunu saat 22:00-da başlayacaq.
Şahin Cəfərov