Diniyevin qələbə həsrəti 4 oyuna yüksəlib İdman və Biz

10.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor"un Türkiyə 1-ci Liqasındakı uğursuz çıxışı davam edir.

İdman.biz xəbər verir ki, komandanın qələbəsiz oyunlar seriyası 4-ə yüksəlib.

Bandırma təmsilçisi 19-cu turda "Pendikspor"un qonağı olub. Diniyevin komandası məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça bilib - 1:1. Start heyətində yer alan Coşqun oyunu əvəzedilmədən keçirib.

Qeyd edək ki, son 4 oyunda 3 dəfə heç-heçə oynayıb, 1 dəfə uduzan "Bandırmaspor" 34 xalla 2-ci pillədə qərarlaşıb. Bir oyun çox keçirən bandırmalılar liderdən 4 xal geri qalırlar.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью