Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Müxtəlif dinlərdə qurbanın mahiyyəti, ritualların formaları, qədimdən bu günə çatan ənənəl
Qurban mərasimləri haqda ən qədim mənbələrdə çox maraqlı məlumatlar var.
Qurbanvermə mərasimi Tanrının birliyini söyləyən bütün dinlərdə (iudaizm, xristianlıq, vaişnavizm, zərdüştlük, islam və s.) vacib prinsiplərdən biridir.
Bu səbəbdən bütün dinlərdə qurban mərasimləri var. Amma bir-birindən fərqli formalarda. Bəzi dinlərdə Tanrıya canlılar da qurban edilir.
Bu, həm satanizmdə olduğu kimi insan, həm də islam və iudaizmdə olduğu kimi heyvan qurbanı ola bilər.
Amma digər Şərq dinlərində, əsasən zərdüştlük, induizm, vaişnavizm, buddizm, çaynizmdə Tanrıya qansız qurbanlar verilir.
Bu qurbanların əsasını təbiətin nemətləri- meyvə-tərəvəz, süd məhsulları, gül-çiçək, ətirli çubuqların tüstüsü təşkil edir.
Yəhudilikdə Tanrıya nələr qurban edilir? Yəhudilikdə qurban insanın günahının təmizlənməsi üçün vacib hesab edilir.