Dinozavr fosilində qan izləri tapıldı

05.11.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Braziliyada tapılan 115 milyon illik dinozavr fosillərində ilk dəfə qanın kimyəvi tərkibinə aid izlər aşkarlanıb.

“Bakupost” xəbər verir ki, beynəlxalq alimlər qrupu fosillərdə qırmızı qan hüceyrələrinə aid minerallaşmış strukturlar və qanda oksigen daşıyan hemin molekullarını müəyyən edib.

Araşdırmaya görə, fosillərdə aşkarlanan manqan oksidi mineralları bioloji qalıqların milyonlarla il qorunmasına kömək etmiş ola bilər.

Alimlər hesab edirlər ki, bu kəşf qədim canlıların qan quruluşunu, metabolizmini və fiziki xüsusiyyətlərini daha dərindən öyrənməyə imkan verə bilər.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью