Dinozavr skeleti 47,3 milyon dollara satıldı

01.11.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Nyu-York şəhərində nanotirannus dinozavrının “Jodi” ləqəbli skeleti hərracda 47,3 milyon dollara satılıb.

Axşam.az xəbər verir ki, bu barədə “Sotheby’s” hərrac evi məlumat yayıb. Bununla da “Jodi” hərracda indiyədək satılan ən bahalı ikinci dinozavr skeleti olub.

Skelet 2019-cu ildə Montana ştatındakı fermaların birində aşkarlanıb. Hündürlüyü 2,9 metr, uzunluğu isə təxminən 6 metr olan nümunənin sümüklərinin 70 faizə yaxını qorunub saxlanılıb. Onun qazıntı işləri “Dino Hunters” sənədli serialında da nümayiş etdirilib.

Hərrac zamanı altı iştirakçı 12 dəqiqədən çox müddətdə lot uğrunda mübarizə aparıb. Skeletin satış qiyməti ilkin təxmin edilən dəyərdən təxminən səkkiz dəfə yüksək olub.

Qeyd edək ki, iyul ayında “Qas” ləqəbli tirannozavr skeleti hərracda rekord qiymətə - 50,1 milyon dollara satılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью