Dioqo Jotanın adı ilə Nevesə çirkin təxribat VİDEO

13.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı çempionatında “Əl-Taavon” - “Əl-Hilal” oyununda qalmaqallı hadisə yaşanıb.

İdman.Biz talkSPORT-a istinadən xəbər verir ki, meydan sahiblərinin bir qrup azarkeşi “Əl-Hilal”ın portuqaliyalı futbolçusu Ruben Nevesi ruhdan salmaq məqsədilə onun yaxın dostu olmuş mərhum Dioqo Jotanın adını səsləndirib.

Tribunalardan “Jota, Jota” şüarlarının səslənməsi Nevesi ciddi şəkildə qəzəbləndirib. Portuqaliyalı futbolçu azarkeşlərə tərəf dönərək əvvəlcə istehzalı şəkildə əl çalıb, daha sonra isə əli ilə gözünü göstərib və göyə işarə edərək, “Allah sizi görür” mesajı verib. Oyundan sonra o, hadisə ilə bağlı “Ümid edirəm ki, sonra gedib dua etməzlər” ifadəsini işlədib.

Bu gönderiyi Instagram'da gör

İdman.Biz (@idmanbiz)'in paylaştığı bir gönderi

Dioqo Jota 2025-ci ilin iyulunda İspaniyada baş verən avtomobil qəzasında qardaşı Andre Silva ilə birlikdə həyatını itirib. Jota və Neves uzun illər yaxın dost olublar, həm klub, həm də Portuqaliya millisində birgə çıxış ediblər. Neves mərhum futbolçunun dəfn mərasimində tabutu daşıyan şəxslərdən biri olub.

Qeyd edək ki, qarşılaşmada “Əl-Hilal” rəqibini 6:0 hesabı ilə məğlub edib. Qabriel Martinelli het-trik edib, Ollie Uotkins iki, Sultan Mandaş isə bir qol vurub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью